SON DƏQİQƏ
» » Sabirabadda yol qəzası - 4 nəfər xəsarət alıb

Sabirabadda yol qəzası - 4 nəfər xəsarət alıb

Tarix:

5-06-2018, 14:30

/ 10 354 dəfə oxundu.
Sabirabadda yol qəzası - 4 nəfər  xəsarət alıb

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir ailənin 3 üzvü və daha bir nəfər ağır xəsarətlər alıb.
Gunaz.az xəbər verir ki, hadisə saat 13.00 radələrində Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.
Sabirabad rayonunun Güdəcühür kənd sakini, 1980-ci il təvəllüdlü Abbasov Ramil Soltanəli oğlunun idarə etdiyi "Mercedes” markalı, 10 XH 058 dövlət nömrə nişanlı avtomobil Qaratoğay kənd sakini, 1980-ci il təvəllüdlü Nuriyev Səbuhi Samid oğlunun idarə etdiyi VAZ 21015 markalı, 54 BX 814 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə hər iki sürücü və "VAZ 21015” markalı avtomobildə olan sərnişinlər - 2010-cu il təvəllüdlü Nuriyeva Sərvin Səbuhi qızı və 1956-cı il təvəllüdlü Yaqubova Gülnaz Yaqub qızı xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ