SON DƏQİQƏ

Bakıda iki tələbəni maşın vurdu

Tarix:

31-05-2018, 09:30

/ 10 251 dəfə oxundu.
Bakıda iki tələbəni maşın vurdu

Bakının Qaradağ rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONN media xəbər verir ki, Şıxlar qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Əkbərli Lalə Təvəkkül qızı və 1993-cü il təvəllüdlü Əlizadə Çinarə Rasim qızı birgə yolu keçərkən onları "Niva" markalı avtomobil vurub.

Yaralılar yaxınlıqdakı poliklinikaya aparılıb. Ç.Əlizadənin vəziyyəti ağır olduğundan o, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıblar.

Məlumata görə, qəza 4 saylı Vərəm Əleyhinə Dispanserə məxsus xidməti avtomobilin sürücüsü tərəfindən törədilib.

Yaralıların hər ikisi universitet tələbələridir.

скачать dle 12.1

Şərhlər