SON DƏQİQƏ
» » Ölümlə nəticələnən hadisədə qaçan sürücü saxlanıldı

Ölümlə nəticələnən hadisədə qaçan sürücü saxlanıldı

Tarix:

28-02-2018, 13:11

/ 10 263 dəfə oxundu.
Ölümlə nəticələnən hadisədə qaçan sürücü saxlanıldı

Ötən gün Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gunaz.az -a verilən məlumata görə, Bakı Dairəvi-1 yolunda naməlum avtomobil  qadını vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparıblar. Məlum olub ki, qəza nəticəsində dünyasını dəyişən 1974-cü il təvəllüdlü Əliyeva Rəzmiyyə Xıdır qızıdır. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb. 

Hadisəni törədən sürücüyə gəldikdə isə, o, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmələr zamanı məlum olub ki, qəza yerindən qaçan sürücü Əhmədov Faiq Hümmət oğludur. 

Faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb və sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ