SON DƏQİQƏ

Bakıda minik avtomobili qatarla toqquşdu

Tarix:

29-03-2018, 09:15

/ 10 245 dəfə oxundu.
Bakıda minik avtomobili qatarla toqquşdu

Bakının Xəzər rayonunda minik avtomobili ilə qatarın toqquşması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Qala qəsəbəsində qatar dəmir və avtomobil yolunun kəsişdiyi yerdən keçən zaman yüksək sürətlə gələn "Mitsubishi" markalı maşın ona çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxana həkimlərinin verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Hüseynov Həsən Firdovsi oğlunun vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ