SON DƏQİQƏ

Piyadanı maşın vuraraq öldürüb

Tarix:

10-05-2018, 12:35

/ 10 334 dəfə oxundu.
Piyadanı maşın vuraraq öldürüb

Abşeronda yolu keçən piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.az -a verilən məlumata görə, mayın 9-da saat 22:00 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində İmişli rayon sakini Malik Məhəmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ülvi Məmmədovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Abşeron RPİ tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ