SON DƏQİQƏ

Mənzildən 12 min manat oğurlanıb

Tarix:

2-05-2018, 12:54

/ 10 241 dəfə oxundu.
Mənzildən 12 min manat oğurlanıb

Bakıda mənzildən 12 min manat oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.az -a məlumata görə, mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

 

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İ. Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.

 

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ