SON DƏQİQƏ

İdarədən pulla dolu seyf oğurlanıb

Tarix:

26-04-2018, 15:31

/ 10 294 dəfə oxundu.
İdarədən pulla dolu seyf oğurlanıb

Bakıda inzibati binadan seyf oğurlanıb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə rayon ərazisindəki inzibati binaların birindən 3 ədəd notbuk və içərisində 2275 manat pul olan seyfin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilib.
13-cü Polis Bölməsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əli Hüseynov və Vüsal Kərimli saxlanılıblar.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ