SON DƏQİQƏ

Silsilə oğurluq edən şəxs tutulub

Tarix:

30-04-2018, 14:08

/ 10 291 dəfə oxundu.
Silsilə oğurluq edən şəxs tutulub

Ucar rayonunda silsilə oğurluq edən şəxs saxlanılıb.

Gunaz.az  xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə mağazadan oğurluq edən rayon sakini, 1997-ci il təvəllüdlü Rüstəm Qadir oğlu İbrahimov tutulub.

İlkin dindirmə zamanı  R. İbrahimovun şəhərin 20 Yanvar küçəsində yerləşən Alim Namət oğlu Məmmədova məxsus ərzaq dükanını ayrı-ayrı vaxtlarda iki dəfə, Oğuz küçəsində yerləşən İsmayıl Həsən oğlu Əliyevə məxsus qızıl-zinət əşyaları satılan mağazadan oğurluq etməsi və “Kapital bank”ın Ucar rayon filialına oğurluğa cəhd etməsi məlum olub. Polis əməkdaşlarının keçirdiyi zəruri tədbirlər nəticəsində oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ