SON DƏQİQƏ

Fermalardan oğurluq edən çoban saxlanıldı

Tarix:

24-02-2018, 07:57

/ 1 687 dəfə oxundu.
Fermalardan oğurluq edən çoban saxlanıldı

Beyləqan və Ağcabədi rayonlarında 27 baş qoyunu oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini tutulub.

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan və Ağcabədi rayonları ərazisində ayrı-ayrı təsərrufatlardan bir necə dəfə oğurluq edən Rahil Zülfiqarov saxlanılıb.

Məlum olub ki, o, vətəndaşların ümümlikdə 27 baş secmə xırda buynuzlu heyvanını oğurlayıb.

Rahil Zülfiqarovun sözlərinə görə, o, oğurluğu əvvəlcədən planlaşdırıb və gecə saatlarında edib. O, oğurladığı heyvanların izini itirmək ücün onları bir necə gün saxladıqdan sonra qonşu rayonlarda yerləşən bazarlarda satıb.

Qeyd edək ki, R.Zülfüqarov Ağcabədidəki fermalardan birində coban işləyib. O, işlədiyi fermadan da oğurluq edib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. (report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ