SON DƏQİQƏ

Evdən oğurluq edən şəxslər saxlanılıb

Tarix:

27-02-2018, 11:30

/ 749 dəfə oxundu.
Evdən oğurluq edən şəxslər saxlanılıb

Fevralın 26-da Gəncə şəhər sakini "102 Zəng Mərkəzi Xidməti”nə zəng edərək 2 nəfər şəxsin onun evinə daxil olaraq oğurluq etməyə cəhd etdiyini bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Gunaz.az -a verilən məlumata görə,  Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri 1997-ci il təvəllüdlü Elxan Bayramoğlu və 1991-ci il təvəllüdlü Adil Nuriyev dəmir barmaqlıqları qıraraq evə daxil olublar. Polis əməkdaşlarının zərərsizləşdirkləri soyğunçuların üzərinə baxış keçirilən zaman onlardan 1 ədəd “Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı müəyyən olunub ki, Adil Nuriyev əvvəllər  məhkumluq həyatı yaşayıb və hazırda Bakı şəhər Binəqədi RPİ-də dələduzluq etdiyinə görə istintaqa cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ