SON DƏQİQƏ

Xızıda raket tapılıb

Tarix:

9-04-2018, 20:56

/ 10 298 dəfə oxundu.
Xızıda raket tapılıb

2018-ci il aprelin 9-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Sitalçay kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Gunaz.az-a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri ərazidə əkin sahəsinə baxış keçiriblər, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 20 sm dərinlikdə 1 ədəd 122 mm-lik raket (9M22S) aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ