SON DƏQİQƏ

Ağcabədidə tank əleyhinə mina aşkarlandı

Tarix:

5-04-2018, 20:25

/ 10 292 dəfə oxundu.
Ağcabədidə tank əleyhinə mina aşkarlandı

Bu gün Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində hərbi sursata oxşar əşyanın tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Gunaz.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Qarqar çayının içərisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minanın ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ