SON DƏQİQƏ

Ağstafada partlamamış hərbi sursat tapıldı

Tarix:

14-10-2017, 20:58

/ 800 dəfə oxundu.
Ağstafada partlamamış hərbi sursat tapıldı

Oktyabrın 14-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Göycəli kəndində əl qumbarasının aşkarlanması barədə məlumatlar daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə çay sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində iki ədəd F-1 əl qumbarası aşkar olunub. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkarlanmış qumbaraların ətrafında 50 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Agentlik tərəfindən yanvarın 1-dən oktyabrın 14-dək ümumilikdə 7085 partlamamış hərbi sursat, tank əleyhinə 200 mina və piyada əleyhinə 32 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 4 milyon 724 min 497 kvadratmetr ərazi yoxlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ