SON DƏQİQƏ

Top mərmisi tapılıb

Tarix:

28-03-2018, 14:25

/ 10 236 dəfə oxundu.
Top mərmisi tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən martın 28-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Xızı rayonunun Şurabad kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Gunaz.az -a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib, nəticədə 1 ədəd 100 mm-lik top mərmisi (BK-3) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ