SON DƏQİQƏ

Gəncədə top mərmisi aşkarlanıb - FOTO

Tarix:

14-12-2017, 20:59

/ 833 dəfə oxundu.
Gəncədə top mərmisi aşkarlanıb - FOTO

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu, Rüzgar Qasımov küçəsi, dalan 2 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu məlumat əsasında həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə İşıq idarəsinin həyətinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 130 mm-lik top mərmisi (S-482) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.
Gunaz.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ