SON DƏQİQƏ
» » Ağstafada partlamamış minaatan mərmisi tapıldı

Ağstafada partlamamış minaatan mərmisi tapıldı

Tarix:

6-11-2017, 20:47

/ 616 dəfə oxundu.
Ağstafada partlamamış minaatan mərmisi tapıldı

Ağstafa rayonunda partlamamış minaatan mərmisi aşkarlanıb.

Gunaz.az ANAMA-ya istinadən xəbər verir ki, 06 noyabr 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə hərbi şəhərciyə baxış keçirib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 160 mm-lik minaatan mərmisi (OF-853A) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş minaatan mərmisinin ətrafında 70 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ