SON DƏQİQƏ

Çörək sexində bədbəxt hadisə

Tarix:

31-03-2018, 21:57

/ 10 427 dəfə oxundu.
Çörək sexində bədbəxt hadisə

Mingəçevir şəhərində yerləşən çörək sexlərinin birində bədbəxt hadisə qeydə alınıb.

Gunaz.az xəbər verir ki, N.Nərimanov küçəsində yerləşən müəssisədə sexin 1983-cü il təvəllüdlü yerli əməkdaşı Əliyev Bəhruz Vaqif oğlu iş başında sol əl nahiyəsindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq məlum olmasa da, sex şüşələrinin qırılaraq çörəkbişirənin üzərinə töküldüyü deyilir.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ