SON DƏQİQƏ

Məktəblini maşın vurub

Tarix:

30-03-2018, 15:42

/ 10 248 dəfə oxundu.
Məktəblini maşın vurub

Balakəndə dərsdən evə gedən 2-ci sinif şagirdini maşın vurub.
Gunaz.az məlumat verir ki, bu gün saat 11:30 radələrində Balakən şəhəri, Nizami adına tam orta məktəbinin 2-ci sinif şagirdi, rayonun Qullar kənd sakini 2010-cu il təvəllüdlü Şirin Əli oğlu Ərbasyev yolu keçmək istəyən zaman taksi fəaliyyəti ilə məşğul olan, rayonun Mahmalar kənd sakini Şirin Yekıyev idarə etdiyi "VAZ 21064” markalı 08 BJ 107 dövlət nömrə nişanlı minik avtomobili ilə vurulub. Sürücü xəsarət alan azyaşlını Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparıb.
MRX-dan verilən məlumata görə, Şirin Ərbasyevə sağ çanaq sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ