Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə İsmayıllı rayonu ərazisində “NAZ” markalı minik avtomobilinin çaya düşməsi barədə məlumat daxil olub.
Gunaz.az FHN-nin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı yaralanaraq köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.