SON DƏQİQƏ
» » Cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulub

Cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulub

Tarix:

6-03-2018, 14:27

/ 10 247 dəfə oxundu.
Cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 83 cinayət faktı qeydə alınıb, onların da 17-i "isti izlər”lə açılıb.

DİN mətbuat xidmətindən Gunaz.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 28 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ