SON DƏQİQƏ

Ötən gündə 105 cinayət hadisəsi baş verib

Tarix:

27-02-2018, 09:45

/ 436 dəfə oxundu.
Ötən gündə 105 cinayət hadisəsi baş verib

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

DİN-in  məlumatına görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 12-nin açılması təmin olunub.

Axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

скачать dle 12.1

Şərhlər