SON DƏQİQƏ
» » Gün ərzində 111 cinayət, onların 25-i “isti izlər”lə açılıb

Gün ərzində 111 cinayət, onların 25-i “isti izlər”lə açılıb

Tarix:

3-03-2018, 09:39

/ 10 307 dəfə oxundu.
Gün ərzində 111 cinayət,  onların  25-i “isti izlər”lə açılıb

Mart ayının 2-dən 3-dək daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ