SON DƏQİQƏ

Ötən gün 96 cinayət faktı qeydə alınıb

Tarix:

2-03-2018, 09:30

/ 10 335 dəfə oxundu.
Ötən gün 96 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 96 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.
DİN Mətbuat Xidmətindən ONN media-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilin.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ