SON DƏQİQƏ
» » Ermənilərin SOCAR-a qarşı təxribatının qarşısı alındı

Ermənilərin SOCAR-a qarşı təxribatının qarşısı alındı

Tarix:

28-02-2018, 22:52

/ 10 305 dəfə oxundu.
Ermənilərin SOCAR-a qarşı təxribatının qarşısı alındı

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı videoçarxların yayılmasına görə bu ölkədə fəaliyyət göstərən “Erməni təşəbbüsü” Fondu təxribata əl atmağa cəhd edib.

Gunaz.az xəbər verir ki, “SOCAR Energy Ukraine”dən AZƏRTAC-a bildiriblər ki, fondun nümayəndəsi SOCAR-ın Kiyevdəki yanacaqdoldurma məntəqələrindən birində olarkən bu videoçarxı görüb və qarışıqlıq yaratmaq istəyib.

Hadisə yerinə polis çağırılıb və erməni məntəqədən uzaqlaşdırılıb.

Xatırladaq ki, fevralın 23-dən Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar SOCAR-ın Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində soyqırımına dair videoçarx yayımlanır.

Videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumatlar, faciəyə dair fotolar yer alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ