SON DƏQİQƏ

Bağdadda TERROR: Ölənlərin sayı artır

Tarix:

28-11-2017, 07:22

/ 994 dəfə oxundu.
Bağdadda TERROR: Ölənlərin sayı artır

İŞİD terror qruplaşması İraqın paytaxtı Bağdadın cənub-şərqində baş vermiş terror aktına görə, məsuliyyəti üzərinə götürüb.

Gunaz.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Son məlumata görə, partlayış zamanı 17 nəfər öldürülüb, daha 28 nəfər xəsarət alıb. Terrorçular əvvəlcə dinc sakinlərə avtomat silahlardan atəş açıblar. Sonra onlardan biri özünü partladıb.

İkinci terrorçu isə təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib. Hazırda hadisə yeri əhatəyə alınıb, təhqiqat aparılır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ