Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı Hakkari, Tunceli və Şırnakda əməliyyatlar həyata keçirib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, əməliyyatlar nəticəsində PKK-nın 31 üzvü məhv edilib. Hakkaridə 19, Tuncelidə 9, Şırnakda isə 3 PKK-çı zərərsizləşdirilib.
Bölgədə əməliyyatlar davam etdirilir.
Xatırladaq ki, bu gün terrorçulara qarşı Hakkaridə aparılan əməliyyatların gedişində 6 əsgər və 2 gözətçi həlak olub. Şəhid ailələrinə başsağlığı verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son terrorçu yox olanadək əməliyyatların davam edəcəyini bildirib.
Gunaz.az