SON DƏQİQƏ

Türkiyədə terror - 4 əsgər şəhid oldu

Tarix:

30-09-2017, 11:43

/ 784 dəfə oxundu.
Türkiyədə terror - 4 əsgər şəhid oldu

Türkiyənin Ağrı vilayətində PKK terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

GUNAZ.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, keçirilən əməliyyat zamanı 2 hərbçi və 2 mühafizə xidmətinin əməkdaşı şəhid olub. Daha 8 mühafizə əməkdaşı isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə olmadığı bildirilir.
Əməliyyat nəticəsində 10 terrorçunun öldürüldüyü və çoxlu sayda silah-sursat ələ keçirildiyi vurğulanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ