SON DƏQİQƏ

Bu gecə meteor axını olacaq

Tarix:

20-10-2017, 18:49

/ 805 dəfə oxundu.
Bu gecə meteor axını olacaq

Dünya əhalisi oktyabrın 21-də ecazkar Orionida meteor yağışını izləyə biləcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, meteor axını zamanı saatda 15-20 ulduz yağışı müşahidə ediləcək.

Bu səma şousunu şənbə gününə keçən gecə səma aydın olan zaman, Ay üfüqün arxasında itəndə görmək mümkün olacaq.

Astronomik hadisəni Yerin bütün sakinləri müşahidə edə biləcək. Orionun aydın göründüyü Şimal yarımkürəsi ölkələrində isə insanları daha gözəl mənzərə gözləyir.

Gunaz.az

скачать dle 12.1

Şərhlər