Dünən Bakıda 24 yaşlı qız itib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə bacısı Zeynəb Yakubova sosial şəbəkədə yazıb. O bildirib ki, bacısı Olesya Yakubova dünən saat 16:00 radələrində “28 May” ərazisində olub. Əynində sarı pencək, cins və çəkmələr olub.
Z. Yakubovanın sözlərinə görə, dünəndən bacısından heç bir xəbər yoxdur: "Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət edilib. Biz onun oğurlandığını düşünürük".
Xanımı görənlərdən xahiş olunur ki, bu nömrə ilə 0503250922 əlaqə saxlasınlar.