İŞİD terrorçularının İraqda şəhərə hücumu nəticəsində azı 30 nəfər ölüb
Tarix:
11-06-2017, 10:16
/ 2 945 dəfə oxundu.
İŞİD terrorçularının İraqda Şirkat şəhərinə hücumu nəticəsində azı 30 nəfər ölüb.
"Röyters”ə istinadən verilən xəbərə görə, ölənlər arasında hərbçilər və dinc sakinlər var. Daha 40 nəfər isə yaralanıb. İraq ordusu terrorçuların həmləsinin qarşısını ala bilib, 10-dan çox silahlı öldürülüb.
Şirkat şəhəri Mosuldan 100 km cənubda yerləşir. (APA)