SON DƏQİQƏ

FHN: 136 yanğın, 48 xilas edilən

Tarix:

27-04-2026, 09:31

/ 4 086 dəfə oxundu.
FHN: 136 yanğın, 48 xilas edilən

Fövqəladə Hallar Nazirliyi ötən həftənin əməliyyat statistikasını açıqlayıb.
GunAz.az xəbər verir ki, bu barədə  FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 136 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 48 nəfər xilas edilib, 9 nəfərin meyiti təhvil verilib.
скачать dle 12.1

Şərhlər