SON DƏQİQƏ
» » Kürdə daşqın: Təzəkənd sular altında qaldı

Kürdə daşqın: Təzəkənd sular altında qaldı

Tarix:

20-04-2026, 13:26

/ 2 918 dəfə oxundu.
Kürdə daşqın: Təzəkənd sular altında qaldı

Kür çayının Zərdab rayonundan keçən hissəsində daşqın baş verib.
GunAz.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb. Kadrlardan da göründüyü kimi, daşqın nəticəsində ətraf ərazilər su altında qalıb.
Məlumata görə, xüsusilə rayonun Təzəkənd ərazisində vəziyyət daha gərgindir. Subasma nəticəsində bəzi yaşayış sahələrinin həyətləri su ilə dolub.
Hadisə ilə əlaqədar Zərdab Suvarma Sistemləri İdarəsinin rəisi Peyman Sadiqi bildirib ki, son günlər yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin artmasına səbəb olub.
Onun sözlərinə görə, Təzəkənd kəndi çayın sahilində yerləşdiyindən və bəzi evlər mühafizə zolağında tikildiyindən bir çox həyətlər subasma ilə üz-üzə qalıb:
"Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Subasma ilə bağlı nasoslar quraşdırılıb və qabaqlayıcı tədbirlər həyata keçirilir", - deyə P.Sadiqi bildirib.
скачать dle 12.1

Şərhlər