SON DƏQİQƏ

ETSN: Bakıda subasma sahələri aktivləşib

Tarix:

7-04-2018, 11:53

/ 10 280 dəfə oxundu.
ETSN: Bakıda subasma sahələri aktivləşib

Bakının subasma sahələrində vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Binəqədi birinci mədən yaşayış sahəsində və Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında atmosfer yağıntılarının təsirindən aktivlik baş verib.

Ekspedisiya rəisi qeyd edib ki, Maştağa – Zabrat, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Zabrat – Məhəmmədi, Savalan və Qala qəsəbəsində subasma sahələrində də aktivlik müşahidə olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ