SON DƏQİQƏ
» » Türkiyədə məktəbdə silahlı hücum: Ölənlərin sayı artdı

Türkiyədə məktəbdə silahlı hücum: Ölənlərin sayı artdı

Tarix:

15-04-2026, 22:00

/ 2 803 dəfə oxundu.
Türkiyədə məktəbdə silahlı hücum: Ölənlərin sayı artdı

Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda şagirdin məktəbə silahlı hücumu nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb.
GunAz.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib.
Nazirin sözlərinə görə, həlak olanlardan səkkizi şagird, biri isə müəllimdir:
"Bundan başqa, insident nəticəsində 13 nəfər yaralanıb. Onlardan altısı reanimasiyadadır, üçünün vəziyyəti isə ağır olaraq qalır".
Qeyd edək ki, bu gun Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda 8-ci sinif şagirdi olan İsa Aras məktəbə atasının olduğu təxmin edilən 5 silah və 7 dolu daraqla gəlib.O, xüsusilə 5-ci sinif şagirdlərinin olduğu iki sinif otağına daxil olaraq hədəf seçmədən atəş açıb. Hadisənin sonunda gənc hücumçu intihar edib.
Faciədən sonra başlanan istintaq çərçivəsində hücumçunun ailəsi diqqət mərkəzinə düşüb.
Atası1-ci dərəcəli polis rəisi və polis baş müfəttişi olan Uğur Mersinli hadisədən dərhal sonra saxlanılıb.
Anası Dil və Ədəbiyyat müəllimi olan Peyman Pınar Mersinli də bu gün axşam saatlarında polis tərəfindən nəzarətə götürülüb.
скачать dle 12.1

Şərhlər