SON DƏQİQƏ

Qayıq aşdı 70 miqrant itkin düşdü

Tarix:

6-04-2026, 08:57

/ 3 062 dəfə oxundu.
Qayıq aşdı 70 miqrant itkin düşdü

Aralıq dənizində miqrantları daşıyan qayığın aşması nəticəsində azı iki nəfər həlak olub, 70-dən çox şəxs itkin düşüb.
GunAz.az xəbər verir ki, bu barədə “Mediterranea Saving Humans” qeyri-hökumət təşkilatı məlumat yayıb.
Təşkilat bildirib ki, şənbə günü günortadan sonra Liviyadan yola düşən, göyərtəsində qadın və uşaqlar da daxil olmaqla 105 nəfər olan qayıq batıb. Nəticədə 70-dən çox şəxs itkin düşüb. Axtarışlar zamanı iki nəfərin meyiti sudan çıxarılıb, 32 nəfər isə xilas edilib. Hadisə Liviyanın nəzarətində olan axtarış-xilasetmə zonasında baş verib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, cari ilin əvvəlindən etibarən Aralıq dənizində 683 miqrant həlak olub və ya itkin düşüb.
скачать dle 12.1

Şərhlər