SON DƏQİQƏ
» » Babəkdə “Mpay”-ı dağıdaraq 9503 manatı apardı

Babəkdə “Mpay”-ı dağıdaraq 9503 manatı apardı

Tarix:

25-02-2026, 10:57

/ 3 332 dəfə oxundu.
Babəkdə “Mpay”-ı dağıdaraq 9503 manatı apardı

Babək rayonunda yerləşən mağazaların birinin qarşısından içərisində 9503 manat olan “Mpay” ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə GunAz.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt aralığından istifadə edərək oğurluq əməlini həyata keçirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
скачать dle 12.1

Şərhlər