SON DƏQİQƏ
» » Yanan maşını söndürən FHN əməkdaşlarını maşın vurdu - Biri öldü

Yanan maşını söndürən FHN əməkdaşlarını maşın vurdu - Biri öldü

Tarix:

21-02-2026, 10:26

/ 3 302 dəfə oxundu.
Yanan maşını söndürən FHN əməkdaşlarını maşın vurdu - Biri öldü

Salyanda iki nəfər yanğınsöndürəni avtomobil vurub.
GunAz.az-ın məlumatına görə, hadisə Ələt-Astara yolunun Kürsəngi kəndindən keçən ərazisində baş verib.
Yanan yük avtomobilini söndürməyə gələn FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin iki əməkdaşını yoldan keçən minik avtomobili vurub. Hadisə nəticəsində yanğınsöndürənlərdən biri-42 yaşlı Hakim Piriyev hadisə yerində ölüb, digər əməkdaş xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.Qafqazinfo
скачать dle 12.1

Şərhlər