SON DƏQİQƏ
» » Salyanda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan var

Salyanda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan var

Tarix:

9-01-2021, 22:45

/ 1 307 dəfə oxundu.
Salyanda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan var

Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un məlumatına görə, hadisə axşam saatlarında yeni Ələt-Astara magistral yolunun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, yük maşını qarşıda gedən minik avtomobilini vurub. Nəticədə minik avtomobilində olan Masallı rayonunun Yeddioymaq kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Həbulla Əli oğlu yüngül bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ