SON DƏQİQƏ
» » İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlandı - FOTO

İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlandı - FOTO

Tarix:

11-02-2026, 12:23

/ 2 843 dəfə oxundu.
İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlandı - FOTO

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən Elvin Mustafayev və tanışı N.İsaxanova saxlanılıblar.
Bu barədə GunAz.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Onlardan 15 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Mustafayev və N.İsxanova sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
скачать dle 12.1

Şərhlər