SON DƏQİQƏ

Qəzzafinin oğlu Liviyada öldürüldü

Tarix:

4-02-2026, 08:17

/ 3 124 dəfə oxundu.
Qəzzafinin oğlu Liviyada öldürüldü

Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslam Zintan şəhərində öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Liviya əl-Əhrar” televiziya kanalının məlumatında deyilir.
Əl-İslama yaxın mənbələrin məlumatına görə, ona naməlum silahlılar hücum edib. Əlavə informasiya verilməyib.
***
Seyf əl-İslamın vəkili Xalid əl-Zeydi müvəkkilinin qətlə yetirildiyini təsdiqləyib.
Bu barədə Liviyanın "Əl-Mərsəd" xəbər agentliyi məlumat yayıb.
Seyf əl-İslamın ölümü ilə bağlı vəkili başsağlığı verib və onun qətlinin xain sui-qəsdin nəticəsi olduğunu bildirib.
Öz növbəsində, Qəzzafinin oğlunun siyasi komandası bəyanatda qətlin cəzasız qalmayacağına and içib.
"Biz Liviya məhkəmə sisteminin və beynəlxalq ictimaiyyətin məsuliyyəti öz üzərinə götürməsini tələb edirik".
скачать dle 12.1

Şərhlər