SON DƏQİQƏ
» » Azərbaycanda yol bağlandığı maşında doğulan körpə öldü

Azərbaycanda yol bağlandığı maşında doğulan körpə öldü

Tarix:

23-10-2025, 14:49

/ 3 490 dəfə oxundu.
Azərbaycanda yol bağlandığı maşında doğulan körpə öldü

Xaçmazda yol bağlanması səbəbindən avtomobildə doğulan körpə dünyasını dəyişib.
GunAz.az xəbər verir ki, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidən keçən dəmir yolu xətti təmirə görə bağlandığından xəstəxanaya çata bilməyib.
Nəticədə doğuş "VAZ-21010" markalı avtomobildə baş verib, lakin körpənin həyatını xilas etmək mümkün olmayıb. Ana X.A. xəstəxanaya yerləşdirilib və hazırda Ginekologiya və Doğum şöbəsində müalicəsi davam edir, vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır. Report
скачать dle 12.1

Şərhlər