ABŞ-da koronavirusun yaşca ən kiçik qurbanı qeydə alınıb. Konnektikut ştatında 6 həftəlik körpə infeksiyadan dünyasını dəyişib.
Körpə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Onun virusa necə yoluxması araşdırılır.
Son rəqəmlərə görə, ABŞ-da 215 min 300 nəfər koronavirusa yoluxub, 5 min 110 nəfər dünyasını dəyişib.