Minik avtomobillərinin toqquşması ölümlə nəticələnib.
GunAz.az xəbər verir ki, ağır qəza Biləsuvar-Bəhrəmtəpə yolunda baş verib. Yolun Biləsuvarın Arazbari kəndi ərazisindən keçən hissəsində Qaxsakini Pərviz Abıyevin idarə etdiyi maşınla Cəlilabadın Sabirabad kənd sakini Mahir Abışovun idarə etdiyi avtomobil toqquşub. Sürücü Mahir Abışov hadisə yerində dünyasını dəyişib. Xəsarət alan digər sürücü isə xəstəxanaya aparılıb.
Bakı-Sumqayıt yolunda, Abşeron ərazisində də yol-nəqliyyat hadisəsi baş verib. Motosikletin piyadanı vurması ölümlə nəticələnib.
Bərdənin Bala Ərəblər kəndi ərazisində isə idarəetmədən çıxan avtomobil kanala aşıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü, 25 yaşlı Elgün Mustafazadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.