SON DƏQİQƏ
» » Qızılağac Milli Parkı ərazisində yanğın - VİDEO

Qızılağac Milli Parkı ərazisində yanğın - VİDEO

Tarix:

13-09-2025, 10:27

/ 3 470 dəfə oxundu.
Qızılağac Milli Parkı ərazisində yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
GunAz.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istqamətində tədbirlər davam etdirilir.
скачать dle 12.1

Şərhlər