SON DƏQİQƏ

Maşın bazarında güclü yanğın

Tarix:

13-04-2024, 14:00

/ 2 890 dəfə oxundu.
Maşın bazarında güclü yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
GunAz.az xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ