Səhər saatlarında "Xəzər Xəbər"in vatsap qaynar xəttinə çəkiliş üçün müraciət edən qadın bir neçə saat sonra qaynı tərəfindən öldürülüb.
Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Əminə Məlikova səhər saat 11 radələrində müraciət etmişdi qaynar xəttimizə.
GunAz.az-ın məlumatına görə, qaynının aralarında mülk üstündə yaranan problemə görə evi dagıtdığını, şüşələri sındırıb-tökdüyünü əks etdirən bu videoları da göndərmişdi. Məsələnin ictimailəşdirilməsini, qaynı barəsində tədbir görülməsini istəyirdi.
Digər səs yazılarında isə qaynı Pərviz Məlikovla aralarında yaranan mülk mübahisəsinin uzun müddətdir davam etdiyini, təhdid edildiyini bildirirdi.
53 yaşlı qadın qaynının onu təhdid etdiyini əks etdirən səs yazısını da göndərmişdi qaynar xəttimizə.
Əminə Məlikovanın göndərdiyi səsləri dinlədikdən sonra deyilən ünvana yola düşdük. Ancaq ora çatanda eşitdiyimiz xəbər dəhşətli idi. Qadın qaynı tərəfindən öldürülüb.
Rayon prokurorluğunun məlumatına əsasən, araşdırma zamanı 58 yaşlı Pərviz Məlikovun qardaşı arvadı 53 yaşlı Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.