SON DƏQİQƏ
» » Ayı səhər qaçışı zamanı qadına hücum etdi

Ayı səhər qaçışı zamanı qadına hücum etdi

Tarix:

29-08-2025, 08:54

/ 3 113 dəfə oxundu.
Ayı səhər qaçışı zamanı qadına hücum etdi

Alyaskada qonur ayı çay boyunca səhər qaçışı edən 36 yaşlı qadına hücum edib.
Teleqraf xəbər verir ki, yırtıcı qurbanını təxminən yüz metrədək sürükləyib, burada onları yerli sakin aşkar edib.
Zərərçəkən üz və baş nahiyəsindən ciddi xəsarətlər alsa da, huşunu itirməyib. O, təcili olaraq helikopterlə Ankoric şəhərindəki xəstəxanaya çatdırılıb.
Heyvanın axtarışlarına vəhşi təbiət müfəttişləri, polis və balıqçılıq departamenti cəlb edilib, lakin onu tapmaq mümkün olmayıb.
Bu, 2025-ci ildə Kenay yarımadasında qeydə alınan artıq beşinci hücumdur. Sakinlərə sayıq olmaq, gəzinti zamanı qulaqlıq taxmamaq və özləri ilə ayı əleyhinə sprey götürmək tövsiyə olunur.
скачать dle 12.1

Şərhlər