SON DƏQİQƏ
» » Kəlbəcərdə partlayış baş verdi: yaralılar var

Kəlbəcərdə partlayış baş verdi: yaralılar var

Tarix:

27-08-2025, 08:00

/ 3 402 dəfə oxundu.
Kəlbəcərdə partlayış baş verdi: yaralılar var

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, xəsarət alanlar Kəlbəcərdə binalardan birində qaz xəttinin çəkilişində çalışan fəhlələrdir.
Faktla bağlı araşdırma aparılır.
***
Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı partlayış olub.
Kəlbəcər rayonunun Bərpa,Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, heç bir dağıntı və ya yanğın baş verməyib.
Yoxlanışı həyata keçirən 3 məsul şəxs və 1 nəfər mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı bir təhlükə yoxdur.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər