SON DƏQİQƏ
» » Rusiyada barıt zavodu partladı: 5 ölü, 100-dən çox yaralı

Rusiyada barıt zavodu partladı: 5 ölü, 100-dən çox yaralı

Tarix:

15-08-2025, 16:37

/ 3 927 dəfə oxundu.
Rusiyada barıt zavodu partladı: 5 ölü, 100-dən çox yaralı

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” barıt istehsalı zavodunda yanğın və partlayış baş verib.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb, yaralılar isə 100 nəfəri ötüb. Dağıntılar altında hələ də insanların qaldığı bildirilir.
100-ə yaxın işçi təxliyə olunub.
Partlayışın səbəbi barıt istehsal olunan sexdə təhlükəsizlik qaydalarının pozulması göstərilib.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
скачать dle 12.1

Şərhlər