SON DƏQİQƏ

Mişel Platininin evi qarət edildi

Tarix:

18-07-2025, 22:02

/ 4 184 dəfə oxundu.
Mişel Platininin evi qarət edildi

Fransanın cənubundakı Buş-du-Ron bölgəsində üçqat "Qızıl top" sahibi, UEFA-nın keçmiş prezidenti Mişel Platininin evi qarət edilib.
GunAz.az xəbər verir ki, məlumatı BFMTV yayıb.
Bildirilir ki, evdən iyirmiyə yaxın əşya, o cümlədən kubok və medallar oğurlanıb.
Qeyd olunur ki, oğurluq iyulun 18-də səhər saatlarında baş verib. Platini özü bildirib ki, malikanəsinin bağçasında səs-küydən oyanıb, bundan sonra qaçaraq uzaqlaşan qara paltarlı, kapüşonlu adam görüb.
Nəşr Platininin evində oğurluq əlamətləri gördüyünü paylaşıb. Xüsusilə quldurlar futbol ulduzunun idman kuboklarını saxladığı əlavədən əşyalar götürüblər.
Marsel prokurorluğu ağır quldurluq faktı ilə bağlı artıq istintaqa başlanıldığını təsdiqləyib. Dəymiş ziyanın ümumi məbləği hələlik hesablanmayıb.Musavat.com
скачать dle 12.1

Şərhlər